sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bu gün keçiriləcək bir oyunla XXXIV ölkə çempionatı start götürür. 2025/26 mövsümünün ilk oyununda "Karvan-Yevlax" "Qəbələ"ni qonaq edir.
Şamaxı şəhər stadionunda baş tutacaq görüşdə ədaləti FİFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası qoruyacaq.
Qeyd edək ki, ilk turda keçirilməli olan "Sabah" - "Qarabağ" matçı ağdamlıların Çempionlar Liqasının pley-offuna vəsiqə qazanması səbəbindən təxirə salınıb.
Misli Premyer Liqası
I dövrə, I tur
17:00. "Karvan-Vevlax" – "Qəbələ"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.VAR: Rəşad Əhmədov.AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Asim XudiyevAFFA nümayəndəsi: Mübariz HüseynovŞamaxı. Şəhər stadionu
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.