EN

İstanbulda şəfəq əməliyyatı : daha bir bələdiyyə sədri saxlanıldı

Mia.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İstanbul polisi və prokurorluğu daha bir bələdiyyə sədrinə və ətrafına qarşı "şəfəq əməliyyatı" keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsindəki korrupsiya ittihamı çərçivəsində həyata keçirilən əməliyyatla Beyoğlu bələdiyyə sədri İnan Güney də daxil olmaqla bir neçə şəxs sübh tezdən qandallanıblar.

Məlumata görə, onlar tender saxtakarlığı, korruopsiya, rüşvət və sair cinayətlərdə ittiham olnurlar.

Xatırladaq ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun mart ayında həbsindən sonra CHP-li bələdiyyə sədrləri həm bu şəhərdə, həm də regionlarda "ovlanırlar".

Firudin Səfərli

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
11
mia.az

10Sources