AZ

Həbsdən çıxan partiya sədri kimi prezident görmək istəyir? - "Bir il əvvəl Baxçalı ilə Öcalanın ittifaq quracaqlarını desəydiniz..."

Türkiyədə erkən prezident və parlament seçki ilə bağlı müzakirələrə həbsdən yeni çıxan Zəfər Partiyasının sədri Ümit Özdağ da qatılıb.

Mia.az Türkiyə mediasna istinadla xəbər verir ki, o, telekanalların birinə müsahbəsində Ankara Böyükşəhər Bələdiyyə sədri Mansur Yavaşın prezidentliyə namizədliyi ilə bağlı sualı cavablandırıb.

Özdağ bildirib ki, onun ortaq namizədliyini dəstəkləyir: "2022-ci ilin aprelində Mansur Yavaşın namizədliyini irəli sürməli olduğunu elan etdim, olmadı. İndi də sosioloji sorğularda onun çox güclü olduğunu göstərir".

Eyni həbsxanada cəza çəkdiyi İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğluna gədikdə isə partiya sədri deyib: "Əlibağlı siyasətçini tənqid etmək doğru deyil. Əvvəlki tənqid və fikirimin arxasındayam. Ümid edirəm, tezliklə azadlığa çıxacaq. Ondan sonra danışıraq".

"Zəfər Partiyası İYİ Partiyası ilə birləşə bilərmi?", - sualına Özdağ belə cavab verib: "Bir il əvvəl Baxçalı ilə Abdullah Öcalanın ittifaq quracaqlarını desəydiniz, inanmazdınız. Amma bu gün vəziyyət belədir. "Armudun sapı, üzümün çöpü" deyib bir araya gəlmək üçün münbt şərait yaranmadır. Siyasətdə bəzən 24 saat çox uzun müddətdir. Hər şey mümkündür, yəni".

Firudin Səfərli
MİA.AZ

Seçilən
12
11
mia.az

10Mənbələr