EN

Çin hakimiyyəti bir sıra onlayn resursı bağlayıb

Çin səlahiyyətliləri ordu haqqında qeyri-qanuni məlumat dərc edən bir sıra onlayn resursları müəyyən edib.

“Report” xəbər verir ki, bu barədə Çinin Kiberməkan Administrasiyası məlumat yayıb.

Tənzimləyicinin paylanmış bəyanatında qeyd edilib ki, söhbət Çin sosial şəbəkələrində ictimaiyyəti çaşdıran, silahlı qüvvələrin imicinə xələl gətirən və cəmiyyətə mənfi təsir göstərən ayrı-ayrı səhifələrdən gedir.

Rəhbərlik zərərli məlumatları aradan qaldıraraq, onların yerləşdirildiyi hesabları bağlamaqla qanunvericiliyə uyğun tədbirlər görüb.

Chosen
7
1
report.az

2Sources