Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiyanın ABŞ-dakı səfiri Aleksandr Darçiyev ikitərəfli sammitdə iştirak etmək üçün Alyaskaya gəlib
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Nümayəndə heyətinin olduğu təyyarə Ankoric hava limanına endi", - məlumatda deyilir.
Bundan əvvəl xüsusi "İl-96" reysi Ankoricə gəlib və 23 mindən çox istifadəçisi onun enişini real vaxt rejimində" Flightradar24" portalında izləyib.