EN

Misli Premyer Liqasında yeni mövsüm başlayır

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu gün Misli Premyer Liqasında 2025/26 mövsümü start götürəcək.

QOL.az xəbər verir ki, 1-ci turun ilk oyun günündə 1 matç keçiriləcək. 1-ci liqadan elitaya yüksələn 2 komanda üz-üzə gələcək. "Qəbələ" səfərdə "Karvan-Yevlax"la qarşılaşacaq. Oyun saat 17:00-da başlayacaq.

Qeyd edək ki, ilk turun "Sabah" - "Qarabağ" matçı təxirə salınıb.

Misli Premyer Liqası

1-ci dövrə, 1-ci tur

15 avqust (cümə)

17:00. “Karvan-Vevlax” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.

VAR: Rəşad Əhmədov.

AVAR: Kamran Bayramov.

Şamaxı şəhər stadionu

16 avqust (şənbə)

17:00. “İmişli” – “Turan Tovuz”

Şamaxı şəhər stadionu

20:00. “Neftçi” – “Şamaxı”

“Neftçi Arena”

17 avqust (bazar)

20:30. “Sumqayıt” – “Kəpəz”

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19 avqust (çərşənbə axşamı)

20:00. “Zirə” – “Araz-Naxçıvan”

Zirə İdman Kompleksinin stadionu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
7
qol.az

10Sources