EN

HƏMAS və müttəfiqləri Qəzza ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır

HƏMAS və onunla müttəfiq qruplar, tələblərinə uyğun olduğu təqdirdə Qəzza zolağında atəşkəs barədə təklifləri qiymətləndirməyə hazır olduqlarını təsdiqləyiblər.

APA xəbər verir ki, bu barədə məlumat HƏMAS-ın Telegram kanalında yayılıb.

Bəyanatda vurğulanır ki, fələstinli fraksiyalar “Qəzza məsələsində fələstinlilərin tələblərinə cavab verən və sektorda hərbi əməliyyatların dayandırılmasını, İsrail qoşunlarının çıxarılmasını, eləcə də anklavın blokadasının aradan qaldırılmasını nəzərdə tutan istənilən təşəbbüsü nəzərdən keçirməyə” hazırdır.

HƏMAS və müttəfiqləri həmçinin humanitar yardımın Qəzzaya çatdırılmasının bərpası istiqamətində göstərdiyi böyük səylərə görə Misir və Qətərə təşəkkür ediblər.

Chosen
15
2
apa.az

7Sources