EN

Almaniya İsraili İordan çayının Qərb sahilində yeni yaşayış məntəqələrin inşasını dayandırmağa çağırıb

Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Almaniya hökuməti İordan çayının Qərb sahilində yeni yaşayış məntəqələrinin inşasına qarşı çıxaraq İsraili bu fəaliyyəti dayandırmağa çağırıb.

APA "DPA" agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi bildirib.“Yaşayış məntəqələrinin inşası beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini pozur”, – deyə məlumatda deyilir.

Qurum qeyd edir ki, bu cür addımlar “iki dövlət əsasında diplomatik həllə nail olunmasını və Beynəlxalq Məhkəmənin tələb etdiyi kimi İsrailin Qərb sahilini işğalına son qoyulmasını çətinləşdirir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
45
1
apa.az

2Sources