EN

Naxçıvanda daha bir kafenin fəaliyyətinə məhdudiyyət qoyulub

Naxçıvan, 15 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Naxçıvan şəhəri 20-ci məhəllə döngə 2 ünvanında fəaliyyət göstərən Qarayev İlham Ərrəhman oğluna məxsus kafedə ciddi nöqsanlar aşkar edilib.

Agentlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kafedə gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, dezinfeksiya işlərinin aparılmadığı, temperatur rejiminə və mal qonşuluğu prinsipinə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi, tavan və döşəmənin tamlığının pozulduğu aşkarlanıb. Nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.

Agentlik tərəfindən bu kimi halların baş verməməsi məqsədilə bütün qida obyektlərinin sahibləri dəfələrlə maarifləndirilib və müvafiq göstərişlər verilib. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanan nöqsanlarla bağlı zəruri tədbirlər görüləcək.

Chosen
33
8
azertag.az

10Sources