“Tottenhem” braziliyalı cinah oyunçusu Savio Moreyra üçün “Mançester Siti”yə 70 milyon avro təklif edib.
90deqiqe.Az-ın "Globo" nəşrinə istinadən məlumatına görə, “şəhərlilər” oyunçunu satmaq istəmədikləri üçün təklifi rədd ediblər.
Klub rəhbərləri arasında danışıqlar hələ də davam edir və “Tottenhem” transferi reallaşdırmaq ümidini itirməyib.
21 yaşlı futbolçu 2024-cü ilin iyul ayında “Mançester Siti”yə keçib. Ötən mövsümdə Pep Qvardiolanın komandasında 48 rəsmi oyunda çıxış edən futbolçu 3 qol vurub və 13 məhsuldar ötürmə edib.