EN

Siyartodan Avropaya qəribə çağırış: ...Rusiya ilə tərəfdaşlıq

Siyartodan Avropaya qəribə çağırış: ...Rusiya ilə tərəfdaşlıq

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bəyan edib ki, Avropa Rusiya ilə tərəfdaşlığı bərpa etməlidir, çünki onsuz qitənin təhlükəsizliyini təmin etmək mümkün deyil.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Siyarto Rusiya ilə münasibətlərə siyasi yox, coğrafi baxımdan yanaşmağın vacibliyini vurğulayıb:

“Müharibə, Rusiya ilə münasibətlər və Rusiya prezidenti barədə nə istəsək düşünə bilərik. Amma bir şey aydındır: Avropanın gələcək təhlükəsizliyi üçün Rusiya ilə tərəfdaşlıq vacibdir. Bu, siyasi səbəblərə görə deyil, coğrafi səbəblərə görə lazımdır. Rusiya Avropadadır, dünyanın ən böyük dövləti və nüvə supergücüdür.”

O bildirib ki, Rusiyasız gələcək Avropa təhlükəsizliyindən danışmaq mümkün deyil: “Bunu dərk edə bilməyənlər, əslində, Avropanın təhlükəsizliyinə təhdid yaradırlar.”

Chosen
9
afn.az

1Sources