EN

“Neftçi” kapitanlıq sarğısını Emin Mahmudova qaytardı

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Neftçi”nin 2025/2026-cı illər mövsümündə kapitanları bəlli olub.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, yeni mövsümdə komandanı meydana kapitan kimi Emin Mahmudov çıxaracaq. “Ağ-qaralar”ın vitse-kapitanları isə qapıçılar – Emil Balayev və Kenan Piriç olacaqlar.

Xatırladaq ki, Emin Mahmudov uzun illər bu komandanın kapitanı olsa da, Samir Abasovun gəlişindən sonra “sarğı”dan məhrum edilmişdi. Amma baş məşqçi yeni mövsüm öncəsi fikrini dəyişərək təcrübəli futbolçunu yenidən kapitan seçib.

Bakı klubu Azərbaycan Premyer Liqasının yeni mövsümündə ilk görüşünü “Şamaxı”ya qarşı keçirəcək. “Neftçi Arena”da baş tutacaq bu matç avqustun 16-da baş tutacaq.

Chosen
17
13
arena.az

10Sources