EN

Nazirlik 3,4 milyon manatlıq satınalma müqaviləsi imzalayacaq

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ölçü cihazlarının (su və qaz sayğaclarının) alışı və təmiri, eləcə də qaz xəttlərinin çəkilişi işlərinin satınalınması məqsədilə elan etdiyi tenderin qalibi məlum olub.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, müsabiqənin qalibi “Enermus” Qapalı Səhmdar Cəmiyyəti olub.

Tərəflər arasında 3.447.502,38 manat dəyərində müqavilə bağlayacağı gözlənilir.

Chosen
8
nocomment.az

1Sources