EN

"Neftçi"də kapitan sarğısı Emin Mahmudova qaytarılıb

Yeni mövsüm üçün "Neftçi"nin kapitanlarının adları bəlli olub.

İdman.biz xəbər verir ki, bununla bağlı klubdan açıqlama yayılıb.

"Neftçilər"in əsas kapitanı Emin Mahmudov olacaq. Sarğı ötən mövsüm kapitanlıqdan məhrum olan yarımmüdafiəşiyə qaytarılıb.

Qapıçılar Emil Balayev və Kenan Piriç vitse-kapitan təyin olunublar.

Qeyd edək ki, Misli Premyer Liqasının ilk turunda "Neftçi" öz meydanında "Şamaxı" ilə üz-üzə gələcək.

İdman.biz

Chosen
24
idman.biz

1Sources