EN

Qatar artıq gedir : Rusiya XİN vurğuları dəyişir

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

Rusiya Xarici İşlər Nazirliyi avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri tərəfindən imzalanan Birgə Bəyannamə ilə bağlı maraqlı şərh verib: "Rusiya XİN Vaşinqton Bəyannaməsi ilə bağlı öz mövqeyini hələ dəqiqləşdirməyib, çünki layihənin detalları hələ ictimaiyyətə açıqlanmayıb. Bu, İrəvan və Bakı tərəfindən imzalanan sənədi tam öyrəndikdən sonra mümkün olacaq", - deyə Rusiya XİN-in İnformasiya Siyasəti Departamentinin direktor müavini Aleksey Fadeyev brifinqdə bildirib. O, həmçinin əlavə edib ki, Ermənistanın Sünik ərazisi (Zəngəzur) vasitəsilə kommunikasiya yollarının açılması zamanı Rusiya sərhədçilərinin orada olması nəzərə alınmalıdır.

Oxu.Az xəbər verir ki, bu mövzu ilə bağlı "Caliber"in "YouTube" kanalı yeni süjet təqdim edib.

Bu sözlərdə heç bir qəribəlik yoxdur. Rusiya sərhədçiləri həqiqətən də Ermənistan-İran sərhədinin müəyyən hissələrində xidmət edirlər və təbii ki, Zəngəzur dəhlizinin istismarı üçün Ermənistana gələcək ABŞ şirkətləri təhlükəsizlik baxımından ən azından Rusiya Sərhəd Xidməti ilə nəzarət sahələrini müəyyən şəkildə ayırmalı olacaqlar.

Lakin Fadeyevin bəyanatında mübahisəli məqamlar da var.

"Daha əvvəl də qeyd etdiyimiz kimi, Cənubi Qafqaza regiondankənar qüvvələrin cəlb edilməsi sülh gündəliyini irəli aparmalı, yeni problemlər və bölücü xətlər yaratmamalıdır. Həmçinin qeyd edirik ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü və Sünik ərazisində Rusiya sərhədçilərinin olması nəzərə alınmalıdır. Hesab edirik ki, layihənin detallarının işlənib hazırlanmasında bunlar nəzərə alınmalıdır", - deyə o bildirib.

Daha ətraflı "Caliber"in yeni videomaterialında:

Qatar "artıq gedir": Rusiya XİN vurğuları dəyişir

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
9
oxu.az

10Sources