EN

Elmar Baxşıyev fərqi...

"Zirə" avrokuboklarda mübarizəni dayandırdı, "Qarabağ", "Sabah" və "Araz-Naxçıvan" yoluna davam edəcək.

"Köhlən atlar"ın "Şelburn"a, "tələblər"in "Petrokub"a qalib gələcəyi öncədən proqnozlaşdırılırdı.

Güclər nisbəti təmsilçilərimizin xeyrinə idi.

Amma "Araz"la bağlı vəziyyət fərqli idi.

Çünki "Aris" kifayət qədər güclü, təcrübəli komanda idi.

Yunanlarla görüşdə Elmar Baxşıyevin kollektivi ən xoş sözlərə layiq çıxış sərgiləməyi bacardı.

Təbii ki, mərhələni uğurla adlamaqda təcrübəli mütəxəssisin bacarığı açar rolunu oynadı.

Təkcə psixoloji, taktiki və texniki olaraq düzgün hazırlıqdan söhbət getmir.

Baxşıyev həm də heyətin komplektləşdirilməsinə digər klublarımızdan erkən başladı və erkən də tamamladı.

Gedənlərin siyahısı verildi, yenilərlə bağlı qərar gecikmədi.

Yoxlama görüşlərində hamı iştirak etdi, onun futbol fəlsəfəsini qavramağa fürsətləri oldu.

Məsələn, zəif hazırlıq, tam formalaşmayan heyətlə "Şelburn", "Petrokub" kimi rəqibləri üstələmək mümkündür.

Amma "Aris", "Hayduk" qədər daha ciddi kollektivlər önünə tam hazır çıxmaq mütləqdir. Onda da qalib tərəf olacağın dəqiq deyil. Sadəcə şansını bir xeyli artırmış olur.

Bunu isə "Zirə"dən fərqli olaraq "Araz Naxçıvan" yaxşı bacardı.

XANOĞLAN İMANOV

Chosen
8
sportinfo.az

1Sources