Fanat saytına istinadən ain.az xəbər verir.
"Qalatasaray"ın sabiq futbolçusu Mbaye Caqne karyerasını yenidən Türkiyədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, hücumçu Türkiyə 1-ci liqa təmsilçisi "Amedspor"la 2 illik müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu imza mərasimində öz fikirlərini bölüşüb:
"Burada olduğum üçün çox xoşbəxtəm.Hədəfim bu mövsüm minimum 25 qol atmaqdır.Bunu komandamın və azarkeşlərimizin dəstəyi ilə gerçəkləşdirəcəm"
Qeyd edək ki, futbolçu daha əvvəl Türkiyədə "Kasımpaşa" , "Qalatasaray" və "Fatih Karagümrük" formaları geyinib.
Kamil Xudiyev
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.