"Karvan-Yevlax" növbəti transferini həyata keçirib.
Bizim.Media xəbər verir ki, Premyer Liqa təmsilçisi Qabil Əlizadəni rənglərinə bağlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Qabil Əlizadə son olaraq “Sumqayıt” klubunun formasını geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media