EN

Ərdoğan Rutte ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "TRT Haber" məlumat yayıb.

Ərdoğan və Rutte arasında keçirilən görüşdə Ukrayna ilə Rusiya arasındakı müharibə ilə bağlı son məsələlər, regional və qlobal mövzular müzakirə olunub.

Ərdoğan görüşdə Ukrayna ilə Rusiya arasında daimi atəşkəsin təmin olunması məqsədilə başlanan İstanbul danışıqlarında irəliləyiş əldə edildiyini bildirib və bu prosesin humanitar sahələrdə də müsbət nəticələrə yol açmasının önəmini vurğulayıb.

Görüşdə NATO Baş katibi Rutte, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Alyaskada keçiriləcək Zirvə görüşü öncəsi Ukraynadakı son vəziyyətlə bağlı qiymətləndirmələr verib.

Prezident Ərdoğan isə Türkiyənin Alyaskada keçiriləcək görüşü yaxından izlədiyini ifadə edib.

Chosen
23
operativmm.az

1Sources