Latviyanın Ukraynada müharibənin əvvəlindən bəri Kiyevə göstərdiyi hərbi yardımın ümumi məbləği 500 milyon avronu ötüb.
"Cebheinfo.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə “Delfi” portalı Latviyanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
"Builki yardımın dəqiq məbləği ilin sonunadək məlum olacaq. 2025-2026-cı illərdə Ukraynaya Latviya ÜDM-nin ən azı 0,25 faizi həcmində vəsait ayrılması planlaşdırılır. Yardıma ukraynalı hərbçilərin təlimi də daxildir", - nazirlikdən bildirilib.
Qeyd olunub ki, 2022-2023-cü illərdə Latviya ümumilikdə 370 milyon avro, 2024-cü ildə isə 134,8 milyon avro ayırıb. Ukraynaya pilotsuz uçuş aparatları, helikopterlər, haubitsalar, tank əleyhinə silahlar, hava hücumundan müdafiə sistemləri, "Patria" zirehli transportyorları və s. tədarük edilib.
"Cebheinfo.az"