EN

“Nyukasl” “Aston Villa”nın futbolçusunu transfer edib

Bakı, 14 avqust, AZƏRTAC

İngiltərənin “Nyukasl” komandası heyətinə yeni futbolçu cəlb edib.

AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

İddiaya görə, “sağsağanlar” ingiltərəli oyunçu Yakob Remsinin transferi üçün “Aston Villa” ilə anlaşıb.

24 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 40 milyon funt-sterlinq ödəniləcək.

Chosen
83
2
azertag.az

2Sources