EN

“Fənərbağça” belçikalı futbolçunu istəyir

“Aston Villa”nın yarımmüdafiəçisi Yuri Tielemansın Türkiyə Super Liqasına transferi gündəmdədir.

İdmanxeber.az-ın məlumatına görə, “Fənərbağça” belçikalı futbolçu ilə maraqlanır və İngiltərə klubu ilə danışıqlar aparır. İstanbul təmsilçisi 28 yaşlı oyunçunun keçidini yaxın günlərdə rəsmiləşdirməyi planlaşdırır.

Qeyd edək ki, Tielemans 2023-cü ildən “Aston Villa”da çıxış edir və ötən mövsüm 53 oyunda 5 qol, 10 assistlə yadda qalıb.

Chosen
11
idmanxeber.az

1Sources