EN

Putin-Tramp görüşü ilə bağlı DAHA BİR AÇIQLAMA: “5+5” formatında danışıqlar APARILACAQ

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçiriləcək görüşün proqramı razılaşdırılıb.

Hurriyyet.az xəbər verir ki, bunu jurnalistlərə brifinqdə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Görüş bildiyiniz kimi, Alyaskada, Ankoricdə baş tutacaq və konkret olaraq "Elmendorf-Richardson" hərbi bazasının binalarından biri istifadə olunacaq”, – Uşakov qeyd edib.

O bildirib ki, dövlət başçıları əvvəlcə təkbətək danışacaq, daha sonra isə iki ölkənin nümayəndə heyətləri ilə işçi səhər yeməyi formatında görüş davam edəcək.

Danışıqların əsas mövzusu Ukrayna münaqişəsinin həlli olacaq. Bundan əlavə, liderlər beynəlxalq və regional aktual məsələlər ətrafında fikir mübadiləsi aparacaq, həmçinin ikitərəfli əməkdaşlıq, ticarət və iqtisadi əlaqələr məsələlərinə toxunacaqlar.

Rusiya və ABŞ prezidentlərinin Alyaskadakı görüşü avqustun 15-də yerli vaxtla saat 11:30-da, Bakı vaxtı ilə isə 23:30-da baş tutacaq.

Putinlə Tramp arasındakı danışıqlar “5+5” formatında keçiriləcək. Rusiya tərəfdən danışıqlar qrupuna Yuri Uşakov, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov və prezidentin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev daxil olacaq.

Görüş başa çatdıqdan sonra Rusiya nümayəndə heyətinin geri qayıtması planlaşdırılır.

Musavat.com

Chosen
41
43
hurriyyet.az

10Sources