Bu yay "Neftçi"dən ayrılan Rafael Quzzonun yeni klubu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək. Quzzo "Maritimu" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məəlumat yayıb. 30 yaşlı futbolçu 2-ci Liqa təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Xatırladaq ki, Rafael Quzzo 2024/25 mövsümündə "Neftçi"nin formasını geyib. Bu ilin iyun ayında "Neftçi" Quzzo ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.