AZ

"Neftçi"dən ayrıldı, Portuqaliya klubuna keçdi

style='margin-bottom:10px;'>

Bu yay "Neftçi"dən ayrılan Rafael Quzzonun yeni klubu müəyyənləşib.

QOL.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

Quzzo "Maritimu" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məəlumat yayıb. 30 yaşlı futbolçu 2-ci Liqa təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Rafael Quzzo 2024/2025 mövsümündə "Neftçi"nin formasını geyinib. Bu ilin iyun ayında "Neftçi" Quzzo ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.

Seçilən
4
4
teleqraf.com

5Mənbələr