EN

Paytaxtda narkotiklərin satışı ilə məşğul olan qardaşlar saxlanılıblar

Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 31 yaşlı Yusif Əliyev və onun qardaşı 33 yaşlı İlkin Əliyev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, onların avtomobil və evlərinə baxış zamanı 6 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb.

Araşdırmalarla qardaşların narkotikləri satış məqsədilə əldə etdikləri məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

​​​​​​"Cebheinfo.az"

Chosen
72
33
cebheinfo.az

10Sources