EN

Antonio Koşta: Azərbaycan və Ermənistan davamlı sülhə doğru əhəmiyyətli addım atıb

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında sülh sazişinin həyata keçirilməsinə sadiq qalır.

“Report” xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Antonio Koşta "X" hesabında yazıb.

“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş”in tarixi paraflanması həm hər iki ölkə, həm də region üçün davamlı sülhə doğru əhəmiyyətli addımdır", - o qeyd edib.

Chosen
11
report.az

1Sources