EN

"Qarabağ"ın gücünü görmüşÜk"

"Ferentsvaroş"un futbolçusu Szalai Qabor Çempionlar Liqasının pley-offunda "Qarabağ"a qarşı keçirəcəkləri matçlar haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, üçüncü təsnifat mərhələsinin "Ludoqorets"lə cavab görüşündə komandasının 3-cü qolunu vuran 25 yaşlı müdafiəçi Ağdam təmsilçisi ilə tanış olduqlarını xatırladıb:

"Oyundan əvvəl razılaşmışdıq ki, qarşılaşmanı qol buraxmadan bitirməliyik, üstəlik, mən də irəlidə vurmağı bacardım. Yaxşı ötürmə olarsa, ora bir neçə oyunçu da çatıb zərbə endirə bilər…

Səfər matçında bir az yarımçıq qalan hisslərimiz vardı, bu gün isə həm döyüşmək, həm də sabit oynamaq lazım idi ki, hücumları daha çox qura bilək.

Nəticədə planlarımızı reallaşdırmağı bacardıq. Artıq Avropa Liqasının qrup mərhələsindəyik ki, bu da klub üçün əhəmiyyətli bir mərhələdir.

Amma Çempionlar Liqasına çıxmaq üçün hələ bir mərhələ qalır. İrəliləmək istəyirik. Baxmayaraq ki, “Qarabağ”la bir neçə il əvvəl üz-üzə gəlmişik.

"Qarabağ"ın çox güclü rəqib olduğunu görmüşdük".

"Qarabağ"ın "pley-off"da ilk oyunu avqustun 19-da Budapeştdə, cavab matçı avqustun 27-si Bakıda keçiriləcək.

"Qarabağ" “Ferensvaroş”la artıq bir dəfə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəlib.

2022-ci ildə Qurban Qurbanovun komandası evdə 1:1 hesabı ilə heç-heçə etdiyi "Ferensvaroş"a Macarıstanda 3:1 hesabı ilə qalib gələrək pley-off-a yüksəlib.

Chosen
47
1
sportinfo.az

10Sources