İspaniyanın şimal-qərb və cənub-qərb bölgələrini əhatə edən meşə yanğınları səbəbindən 10 mindən çox insan təxliyə edilib, avtomobil və dəmir yolu nəqliyyatı dayandırılıb.
Ölkənin şimal-qərbindəki Kastiliya və Leon muxtar bölgəsində yerləşən Leon və Zamora şəhərlərinin ətrafına meşə yanğınlarından alov yayıldığı üçün 34 kənd boşaldılıb.
6 yerdə yanğınların davam etdiyi bölgədə 8 minə yaxın insan gecəni evlərindən kənarda keçirib.
Qalisiya muxtar bölgəsindəki Ourense şəhəri ətrafında meşə yanğınları beşinci gündür ki, davam edir.
Əsgərlərin yanğınsöndürmə işlərinə dəstək verdiyi meşə yanğınları səbəbiylə 1000-ə yaxın insan evlərini tərk edib.