EN

Pakistanda hərbçilərimizi Azərbaycan dilində salamladılar - VİDEO

Azərbaycan hərbçiləri Pakistanın paytaxtı İslamabadda ilk dəfə keçirilən “Müstəqillik günü” və “Haqqın qələbəsi”nə həsr edilmiş hərbi paradda iştirak ediblər.

​​​​​​" Cebheinfo.az" xəbər verir ki, hərbçilərimizin paradda keçidi maraqlı anlarla yadda qalıb.

Belə ki, keçid zamanı tədbirin şərhçiləri komandolarımızı “Pakistana xoş gəlmisiniz” və “Yaşasın Pakistan-Azərbaycan birliyi və qardaşlığı” şüarları ilə salamlayıb. 

Hərbçilərimizin ana dilimizdə qarşılanması anının görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb. 

Həmin görüntüləri təqdim edirik:

​​​​​​"Cebheinfo.az"

Chosen
41
7
cebheinfo.az

9Sources