EN

Dostu Kəramət Şükürovun ölüm səbəbindən danışdı: Nadir hallarda içirdi, amma...

BAKI, 14 avqust. TELEQRAF

Kəramət Şükürovun xəstəliyi və ya ailəvi problemi yox idi, bunu hiss etməmişəm.

Bunu Teleqraf-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin şöbə müdiri Qəşəm Nəcəfzadə dostu şair Kəramət Şükürovun ölümü ilə bağlı deyib.

Kəramət Şükürovun ölüm səbəbinə gəldikdə o bildirib ki, şairin trombdan və ya ürəktutmasından öldüyü ehtimal olunur.

Qəşəm Nəcəfzadə hadisəni mediadan öyrəndiyini və çox pis olduğunu deyib: “Kəramətin 68 yaşı var idi, fiziki cəhətdən çox sağlam idi. Heç nədən şikayəti olmayan adamlar belə qəfil ölürlər. Düzdü, ayda-ildə bir dəfə içirdi, amma onda da çox içirdi. Mənimlə də oturub içdiyi olub. Çox içəndə ona deyirdik ki, bu qədər içməsin. İçsə də sağlam idi. Çox yaxşı, saf, təmiz insan idi, onu bəlkə də mənim qədər tanıyan yox idi”.

Qəşəm Nəcəfzadə Kəramət Şükürovla Gəncə Dövlət Universitetində oxuduğunu bildirib:

“Mən birinci kursda oxuyanda, o məndən üç kurs yuxarı oxuyurdu. Biz bir otaqda qalmışıq. Kərarmət Şükürov, Əjdər Ol və mən otaq yoldaşı olmuşuq. Kəramət çox istedadlı idi. Tələbə vaxtı bizim Gəncə uşaqları ilə problemimiz olanda Kəramət dadımıza çatırdı, bizi, gənc tələbələri qoruyurdu, bizə dəstək olurdu. Kəramətə gücü çatan, onu döyə bilən yox idi. Bizə bir çox yazıçı, şairləri oxuyurdu, sevdirirdi.

Kəramət bizə tez-tez gəlib-gedirdi. Kəramət bizə gələndə anam onun adını eşidəndə dedi, qəşəng addır. Mənə dedi ki, evlənsən və oğlun olsa, adını Kəramət qoyarsan. Mən də onun adını Kəramət Böyükçölə verdim.

Bakıda da görüşürdük. Onun həyat yoldaşı Könül xanım mənim tələbə yoldaşım olub. Onların 1 oğlu, 2 qızı var. Kəramətin ailəsi Türkiyədə yaşayır, o özü də arada Türkiyəyə gedib-gəlirdi. Çox yaxşı ailəsi var idi. Oğlu da, həyat yoldaşı da hekayələr yazırdı”.

Chosen
60
teleqraf.com

1Sources