EN

Yuxusuzluğun gizli səbəbi müəyyən edilib

Nankin Tibb Universitetinin alimləri müəyyən ediblər ki, bağırsaqda Odoribacter bakteriyasının sayının artması yuxusuzluq riskini artırır.

Editor.az xəbər verir ki, araşdırmanın nəticələri General Psychiatry (GenPsy) jurnalında dərc olunub.

Tədqiqat Mendel randomizə üsulundan (MPR) istifadə edilib ki, bu da bir risk faktoru ilə xəstəlik kimi bir nəticə arasında səbəb-nəticə əlaqəsini müəyyən etmək üçün genetik variantlardan istifadə etməyə imkan verir. MPR yuxusuzluğu olan 386.533 subyektin genetik məlumatlarından istifadə edib. Tədqiqat həmçinin 26.000 insanın bağırsaq mikrobiotasının tərkibinə dair məlumatları da əhatə edib.

On dörd bakterial qrup yuxusuzluğa səbəb olub (riski 1-4% artırır). Digər səkkiz növ onun inkişaf ehtimalını 1-3% azaldır. Odoribacter sinfindən olan mikroorqanizmlər yuxu keyfiyyətinə ən əhəmiyyətli mənfi təsir göstərib.

Bundan əlavə, yuxusuzluğun özü bağırsaq mikrob balansındakı dəyişikliklərlə əlaqələndirilir. Bu pozğunluq yeddi bakterial qrupda 43-79% azalma və 12 bakterial qrupda 65% artım və azalma ilə əlaqələndirilib.

//Gülnarə Abasova, Editor.az

Chosen
23
editor.az

1Sources