EN

“Bavariya” Voltemadeyə görə yeni təklif etdi

Almaniya “Bavariya” klubu “Ştutqart”ın hücumçusu Nik Voltemadeyə görə yeni təklif irəli sürüb.

90deqiqe.Az-ın "Sky"a istinadən məlumatına görə, Münhen təmsilçisi 23 yaşlı forvard üçün 60 milyon avro, əlavə bonuslar və növbəti transferdən pay təklif edib.

Lakin “Ştutqart” bu təklifi qəbul etməyib. Klub 23 yaşlı hücumçu üçün 75 milyon avro tələb edir.Münhen klubu isə bu qədər yüksək məbləği ödəmək niyyətində deyil.

Voltemade ötən mövsüm “Ştutqart”da 33 oyuna çıxaraq 17 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

Chosen
69
9
90deqiqe.az

10Sources