EN

“Əlbəttə, muzeyimizi kuboklarla doldurmaq istəyirik” – Cenk Sümər

Bu gün “Palms Sports” Futbol Mərkəzində qələbəlik idi. Belə ki, yenilənmiş “Neftçi” ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq olan məşqə çıxdı.

Məşqdən əvvəl isə klubun baş icraçı direktoru Cenk Sümər brifinq keçirdi.

- Azərbaycan mətbuatının 150 illiyi münasibəti ilə sizi təbrik edirik. Ölkə idmanına verdiyiniz töhfə, gördüyünüz işlər çox dəyərlidi. Ötən mövsüm çox yorulduz. Əminik ki, bu mövsüm də eyni əzmlə çalışaraq daha böyük uğurlar qazanacaqsız. Biz də yeni mövsümə şənbə günü keçirəcəyimiz qarşılaşma ilə start verəcəyik. Ötən mövsüm uğursuzluq oldu. Lakin mühüm addımlar atdıq, bazamızı tamamlamağa nail olduq. Transferləri baş məşqçimizin tələblərinə uyğun şəkildə həyata keçirdik. Əhəmiyyətli futbolçular komandamıza qoşuldu və onların həm klubumuza, həm də Azərbaycan futboluna faydalı olacağına ümid edirik. Baş məşqçimiz, texniki heyətimiz, futbolçularımız və rəhbərlik səviyyəsində uğurlu mövsüm keçirmək üçün bir amal ətrafında birləşmişik. İnanırıq ki, xeyirli və uğurlu bir mövsüm yaşayacayıq. Hədəf? Hər mövsümə uğur qazanmaq üçün başlayırıq. Əlbəttə, muzeyimizi kuboklarla doldurmaq istəyirik. İnşallah, bütün cəhdlərimiz hər şeyin müsbət nəticələnməsi yönündə olacaq. Sadəcə, xeyirli mövsüm arzulamaq üçün qarşınıza çıxdım. Siz də komanda ilə bərabərsiz. İnanıram ki, daha irəlilərə gedəcəyik. Hədəfimiz hər zaman finalı görməkdi. Çempionluq üçün əminliklə danışmağın nə qədər doğru olduğunu deyə bilmərəm. Amma sonda uğur qazanmaq istəyirik. Çempionluğa namizədlərdən biriyik. Buna layiq oyun sərgiləyib və o uğura nail olmaq üçün çıxış edəcəyik. “Neftçi” azarkeşlərini və camiəsini xoşbəxt edəcək nəticələr qazanmaq istəyirik. Büdcəmizə uyğun işlər görmək üçün cəhdlər edirik. Transferləri dərhal da bitirmək olar, amma maliyyə xərcləri də uyğun olmalıdı. Baş məşqçimizlə bərabər onun istədiyi mövqelərdə oyunçuları araşdıraraq, çox çalışaraq bu nöqtəyə gəlmişik. Büdcəmiz də əvvəlki illərlə müqayisədə böyük həcmdə deyil, müəuyən qədər azaltmışıq. Klub daxilində tarazlığı qorumağa çalışmışıq. Maliyyə xərclərini nəzərə alaraq, büdcəmizə dair sağlam qərarlar qəbul edərək irəliləmək istəyirik. Ötən mövsüm mövcud kollektivin üzərinə yeni transferlərlə yeni komanda quruldu. Onlar idmançı, futbolçu olsalar da, son nəticədə insanla çalışırsız. Hər şey ola bilər. Bizi məyus edən futbolçular, onların özlərinin üzləşdikləri məyusluqlar oldu. Bunların hamısını təsbit etdik. Baş məşqçimiz Samir Abasov da yenicə gəlmişdi. Onunla bərabər təməl problemləri - oyunçular, oyun özəllikləri kimi problemləri ortaya qoyduq. Təhlillər aparıldı, skaut departamentini formalaşdırdıq, onlardan yararlanaraq, oyunçular transfer etdik. Ümidvaram ki, bu mövsüm belə uğursuzluq yaşamayacağıq. Baş məşqçimizin istədiyi oyunçulardan qurulan kollektivlə davam edəcəyik. Ailə olduq. Bunu təlim-məşq toplanışında da hiss etdik, indi də duymaqdayıq”.

MÜZƏFFƏR QULUZADƏ

Chosen
44
1
football-plus.az

2Sources