Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırladığını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi onun sözlərinə istinadən məlumat yayıb.
O, brifinq zamanı deyib: "Biz əvvəllər Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəlmişdik. Biz daha birini hazırlayırıq".
Fransa liderinin sözlərinə görə, yeni anti-Rusiya sanksiyalar paketinin taleyi yaxın günlər və həftələr üçün planlaşdırılan danışıqlardan asılı olacaq.