EN

Türkiyə ilə Suriya müdafiə sahəsində əməkdaşlığa başlayır - sənədlər imzalandı...


Türkiyədə səfərdə olan Suriyanın xarici işlər naziri Əsəd Şeybani və həmkarı Hakan Fidan mətbuata birgə açıqlama veriblər. Türkiyənin XİN başçısı Hakan Fidan açıqlamasında YPG-yə dünyanın dörd bir tərəfindən topladıqları terrorçularla Türkiyə və bölgə üçün təhdid olmaqdan dərhal imtina etmələri ilə bağlı çağırış edib.

Suriyanın keçid dövrü ilə bağlı danışan nazir deyib: “Yeni Suriya bütün xalqların, inancların, mədəniyyətlərin qorunduğu, bir yerdə yaşaya bildiyi ölkə olmalıdır. Türkiyə bu istiqamətdə tövsiyələrini verir, Suriyada da hər kəs əlini daşın altına qoymalıdır. Ölkədə təhlükəsizlik problemi olmamalıdır, sabitliyi pozan davranışlara yol verilməyəcək. Suriyada YPG-nin hiylələrini görürük. Təşkilat üzvlərinin Suriyanı tərk etmədiyini görürük, görmədiyimizi zənn etməsinlər”.

Uzun illər ölkəsində müharibənin hökm sürdüyünü xatırladan Şeybani infrastruktur və qurumlar baxımından böyük çətinliklər yaşandığını, bu gün də yeni problemlərlə üzləşdiklərini deyib.

Bu arada, Türkiyə və Suriya müdafiə sektorunda təlim və məsləhətləşmələr sahəsində əməkdaşlıq haqqında razılıq əldə ediblər. Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib ki, bununla bağlı Anlaşma Memorandumu avqustun 13-də Ankarada Türkiyənin müdafiə naziri Yaşar Gülerin və Suriyanın müdafiə naziri Murhaf Əbu Kasranın iştirak etdiyi mərasimdə imzalanıb.

Suriya Müdafiə Nazirliyinin rəhbəri xarici işlər naziri Əsəd Həsən əl-Şibani və Baş Kəşfiyyat İdarəsinin rəisi Hüseyn əl-Selemin də daxil olduğu rəsmi nümayəndə heyətinin tərkibində Ankaradadır.

Görüş iştirakçıları ikitərəfli əlaqələri, həmçinin regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

ZÜMRÜD

Chosen
55
6
baki-xeber.com

8Sources