"Nyukasl"ın yunan qapıçısı Odissias Vlaxodimos "Sevilya"ya keçib.
90deqiqe.Az xəbər verir ki, sövdələşmə bir illik icarə müqaviləsi əsasında reallaşıb. 31 yaşlı qapıçı ötən mövsüm "sağsağanlar"da çıxış edib və həmin müddətdə komandasının heyətində yer alıb.
Yunanıstanlı qolkiper əvvəllər "Nottinqem Forest" komandasında da çıxış edib. Ən çox isə "Benfika" ilə məşhurdur. O, Portuqaliya klubunda 2018-2023-cü illər arasında çıxış edib və "Ştutqart"ın yetirməsidir.
Xatırladaq ki, “Sevilya” keçən mövsümü 41 xal toplayaraq 17-ci sırada bitirib və 1 xal ilə təhlükəli 18-ci yerdən xilas olub.