EN

Mourinyo: “Benfika” “Feyenoord”la oynamaq istərdi”

ain.az, futbolpress-az saytına istinadən bildirir.

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının pley-off mərhələsində “Benfika”ya qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az “Record” nəşrinə istinadən xəbər verir ki, mütəxəssis matçlar haqda bunları deyib:

“Heyətini yaxşı futbolçularla gücləndirən komandaya qarşı oynayacağıq. Lissabondakı cavab oyunu böyük sınaq olacaq. Duellərə hazırıq. İlk oyunu evdə keçirəcəyik və bundan həzz almağa çalışacağıq.

Düzü, düşünürəm ki, “Benfika” “Feyenoord”la oynamaq istərdi. Çünki onların komandama qarşı mübarizəsi asan olmayacaq”.

“Fənərbağça” ilk oyunu avqustun 20-da İstanbulda keçirəcək. Cavab görüşü avqustun 27-də Portuqaliyada olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
59
21
futbolpress.az

10Sources