AZ

Joze Mourinyo: "Növbəti mərhələdə böyük komanda ilə qarşılaşacağıq"

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda "Feyenoord"u 5:2 hesabı ilə məğlub edərək pley-off mərhələsinə yüksəlib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mourinyo oyundan sonra jurnalistlərə açıqlama verib.

"Düşünürəm ki, mənim onlara qarşı olan seriyam təsadüfi idi. Hər dəfə onlarla qarşılaşanda gördüm ki, onların yaxşı komandası, yaxşı məşqçisi və fəlsəfəsi var. Heç kimin bilmədiyi oyunçuları götürürlər və çox yüksək səviyyəli oyunçu olurlar. Məsələn, meydanda olan üç yapon oyunçu çox yaxşı idi. Növbəti mərhələdə böyük komanda ilə qarşılaşacağıq."

Fərid

MİA.AZ

Seçilən
46
23
mia.az

10Mənbələr