EN

Dağa çıxmaq pullu olacaq 25 min manat ödənilməlidir KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Nepal hökuməti turizmi inkişaf etdirmək məqsədilə növbəti iki il ərzində 97 Himalay zirvəsini pulsuz dırmaşmaq üçün açacaq.

KONKRET.az xəbər verir ki, Nepal Turizm Departamentinin məlumatına görə, bu addım ölkənin “kəşf edilməmiş turizm potensialı və destinasiyalarını” tanıtmağı hədəfləyir.

Bununla yanaşı, sentyabr ayından etibarən dünyanın ən yüksək dağı olan Everestə qalxmaq üçün ödənişlər demək olar ki, on ildə ilk dəfə artırılacaq. Zirvə mövsümündə icazə haqqı 15 min ABŞ dollarına çatdırılacaq.

Qaydaya görə, Everestə qalxmaq istəyən alpinistlər yalnız mövsüm dövründə deyil, ilin digər vaxtlarında da müəyyən ödənişlər etməli olacaqlar. Yeni tariflərin ölkənin dağ turizminə marağı artıracağı gözlənilir.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
52
1
konkret.az

2Sources