EN

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Bu gün Azərbaycan Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yükün ilk hissəsi Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

Mia.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov məlumat verib.

Onun sözlərinə görə ki, yardımın göndərilməsi Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il 11 avqust tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilir: “Humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, həmçinin 25 ədəd generator və 7 dəst transformator daxildir. Ukraynada davam edən müharibədən zərər görmüş bölgələrin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək məqsədilə göndərilən bu avadanlıqların ilk hissəsi - 10 yük avtomobilindən ibarət karvanla yola salınıb. Ukrayna tərəfinin müraciətləri əsasında təşkil edilən və ümumi dəyəri 2 milyon dollar olan sözügedən yardımın növbəti hissəsinin də yaxın günlərdə yola salınması planlaşdırılır”.

Chosen
70
49
mia.az

10Sources