“Lill”in fransalı müdafiəçisi Bafode Diakite İngiltərə Premyer Liqasına keçib.
İdmanxeber.az-ın məlumatına görə, “Bornmut” klubunun mətbuat xidməti 24 yaşlı oyunçunun transferini rəsmən açıqlayıb.
Yeni komandasında “18” nömrəli formanı geyinəcək Diakitenin keçidi “albalılar”a 35 milyon avroya başa gəlib.
Müdafiəçi 2022-ci ildən çıxış etdiyi “Lill”də 112 oyuna 13 qol və 3 asistlə çıxış edib.