EN

Əmircanda avtomobil qaçırıldı


Paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində sürücü polisə müraciət edərək “Lada Granta” markalı avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı E.Abdullayev saxlanılıb. Nəqliyyat vasitəsi aşkarlanaraq sahibinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

ZÜMRÜD

Chosen
38
7
baki-xeber.com

10Sources