EN

Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının iclasında iştirak etməyəcək

Ermənistanın baş naziri Nikol Paşinyan 15 avqustda Qırğızıstanda keçiriləcək Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin Hökumətlərarası Şurasının iclasında iştirak etməyəcək.

Bizim.Media erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan bildirib.

Onun sözlərinə görə, Paşinyan 12–15 avqust tarixlərində məzuniyyətdə olacaq.

Qeyd olunur ki, iclas zamanı iqlim gündəliyinin tənzimlənməsi yanaşmaları, həmçinin 2024–2026-cı illər üçün planlar müzakirə olunacaq. Həmçinin Aİİ-yə üzv dövlətlərin əlaqələndirilmiş nəqliyyat siyasətinin həyata keçirilməsi üzrə əsas istiqamətlər və tədbirlər planı, eləcə də birgə dərman bazarlarının inkişaf konsepsiyasının uyğunlaşdırılması məsələləri müzakirə ediləcək.

Bizim.Media

Chosen
105
9
bizim.media

10Sources