EN

Əmircan qəsəbəsində avtomobil qaçıran şəxs saxlanılıb

 

Bakı, 13 avqust, AZƏRTAC

Paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində sürücü polisə müraciət edərək “Lada Granta” markalı avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı E. Abdullayev saxlanılıb. Nəqliyyat vasitəsi aşkarlanaraq sahibinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

Chosen
34
4
azertag.az

10Sources