EN

Canluici Donnarumma PSJ-dən gedişini bəyan etdi

26 yaşlı itlalyan qapıçı Canluici Donnarumma Paris klubundan ayrıldığını özünün sosial şəbəkə hesabları üzərindən paylaşıb.

Arena.az məlumat verir ki, Donnarumma bütün kluba və ona dəstək olmuş hər kəsə təşəkkürünü bildirməklə yanaşı, hansı kəslərin onun PSJ- olmasına əngəl törətdiklərini də qeyd edib və bundan pərişan olduğunu vurğulayıb.

Xatırladaq ki, Canluici Donnarumma PSJ-yə 2021-ci ilin iyul ayında “Milan”dan azad agent qismində keçmişdi.

Donnarummanın PSJ-də çıxışının ümumi mənzərəsi 161 oyun, 156 buraxılmış qol və 56 “quru” oyundan ibarətdir.

Donnarumma 2016-cı ilin sentyabr ayında debüt etdiyi və hazırda kapitanı olduğu İtaliya yığma komandasının heyətində 74 oyun keçirib, 66 qol buraxıb, 30 oyunda qapısının toxunulmazlığını təmin edib. Donnarumma “skuadra adzurra” ilə 2021-ci ildə İngiltərədə keçirilmiş Avropa çempionatının (AÇ-2020) qalibi olub.

Futbol uğurlarına gəlincə, Donnarumma “Milan”la İtaliya Super Kubokunun (2016/2017), PSJ ilə Fransa Liqa 1-nin (2021/2022, 2022/2023, 2023/2024, 2024/2025), Fransa Kubokunun (2023/2024, 2024/2025), Fransa Super Kubokunun (2022/2023, 2023/2024, 2024/2025) və Çempionlar Liqasının (2024/2025) qalibi olub.

Həmçinin Donnarumma Fransa Liqa 1-də mövsümün qapıçısı seçilib (2021/2022, 2023/2024).

“Transfermarkt” internet-portalı 26 yaşlı italyan qapıçının transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Chosen
38
44
arena.az

10Sources