EN

UEFA Superkuboku: PSJ “Tottenhem”ə qarşı

Bakı, 13 avqust, AZƏRTAC

Bu gün UEFA Superkubokunun qalibi bəlli olacaq.

AZƏRTAC xəbər verir ki, titulun sahibi Fransanın PSJ və İngiltərənin "Tottenhem" komandaları arasında keçiriləcək oyundan sonra müəyyənləşəcək.

İtaliyanın Udine şəhərində yerləşən "Friuli" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Matçı portuqaliyalı baş hakim Joau Pineyru idarə edəcək. Görüşün dördüncü hakimi isə azərbaycanlı FIFA referisi Elçin Məsiyev olacaq.

Qeyd edək ki, PSJ ötən mövsüm Çempionlar Liqasını, "Tottenhem" isə Avropa Liqasını qazanıb.

Chosen
84
5
azertag.az

8Sources