EN

Liderlər hərbi bazada görüşəcəklər - KİV

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş Ankoricdəki Elmendorf-Riçardson Hərbi Hava Qüvvələri bazasında baş tutacaq.

"Unikal" xəbər verir ki, bu barədə CNN ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

"Ağ Ev görüşün hərbi obyektdə keçirilməsindən yayınmağa ümid edirdi, lakin baza yeganə uyğun variant oldu", - kanal qeyd edir.

Elmendorf-Riçardson AFB ABŞ Hərbi Hava Qüvvələri və Ordusunun birgə obyektidir.

Xatırladaq ki, Donald Tramp və Vladimir Putin avqustun 15-də Alyaskada görüşəcəklər.

Gülayə Mecid 

Chosen
29
16
unikal.az

10Sources