EN

İtaliyada 16 şəhərdə qırmızı hava xəbərdarlığı elan olundu

Bakı. Trend:

İtaliyada Afrika antisiklonunun güclənməsi səbəbindən qarşıdakıiki gün ərzində 16 şəhərdə qırmızı hava xəbərdarlığı qüvvəyəminib.

Trend-inməlumatına görə, xəbərdarlıq paytaxt Roma ilə yanaşı Bolonya,Bolzano, Breşiya, Kampobasso, Florensiya, Frozinone, Genuya,Latina, Milan, Peruccia, Rieti, Turin, Venesiya, Verona vəViterboya şamil edilir.

Sinoptiklər havanın temperaturunun 40 dərəcəni keçəcəyiniproqnozlaşdırır. Xroniki, xüsusilə ürək xəstələri və həssasinsanların daha diqqətli olmaları tövsiyə edilir. Əhaliyə kölgəliyerlərdə qalmaq və günorta saatlarında küçəyə çıxmamaq məsləhətgörülür.

Chosen
71
1
az.trend.az

1Sources