EN

Armand Duplantis 13-cü dünya rekordunu qırdı

Dirəklə tullanmada isveçli Armand "Mondo" Duplantis Budapeştdə 6,29 metr hündürlüyə tullanaraq 13-cü dəfə dünya rekordunu müəyyənləşdirib.

Publika.az xəbər verir ki, Mondonun yolu 2020-ci ilin fevralında başlayıb. O, Polşanın Torun şəhərində 6,17 metr tullanaraq, uşaqlıq kumiri Renaud Lavillenienin səkkizillik rekordunu yeniləyib.

“Mən Renaudu hörmətlə anmaq istəyirəm, onsuz bu hündürlüyü aşa bilməzdim”, – deyə o bildirib. Cəmi bir həftə sonra 20 yaşlı idmançı nəticəsini daha bir santimetr artıraraq, Şotlandiyanın Qlazqo şəhərində keçirilən qış turnirində 6,18 metr tullanıb.

2022-ci ildə Duplantis üç dəfə rekordu yeniləyib (6,19; 6,20; 6,21 m) və həm qapalı, həm də açıq havada dünya çempionatlarında qızıl medal qazanıb.

2023-cü ildə o, Lavillenie turnirində 6,22 metr, daha sonra Yucin şəhərində 6,23 metr tullanaraq rekordu yeniləyib.

Chosen
111
6
publika.az

7Sources